“Azərbaycanın yeri, mövqeyi daha da möhkəmlənmiş oldu” - Deputat

“Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə dünyanı yenə də təəccübləndirdi”
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun yaradılması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb: 

“Təmas Qrupu nəticəsində pandemiyaya qarşı birgə mübarizə aparmaq mümkün olacaq. İllər keçəndən sonra pandemiya dövrünü yada salanda kimlərin özünü necə aparması məsələsi kifayət qədər aktual olacaq. Azərbaycan dövlətinin ən kritik məqamlarda özünü böyük dövlət kimi aparmağı bacarması yüksək qiymətləndiriləcək. Atılan bu addımlar çərçivəsində Azərbaycanın yeri, mövqeyi daha da möhkəmlənmiş oldu”.