Ağsaqqaldan dövlət rəhbərinə məktub: “Siz hər bir Azərbaycan vətəndaşının layiqli Prezidentisiniz”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov ölkə başçısına məktubunda bildirir: 

 “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində rəhbərliyinizlə görülən işlər xalqımızın bu bəladan qorunmasında böyük əhəmiyyət kəsb etdi. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın ən etibarlı arxa və dayağı kimi vətəndaşlarla birlikdə olmağınız, hər bir ailənin rifah halını və sağlamlığını düşünərək, bu istiqamətdə göstərdiyiniz maddi və mənəvi dəstək bir daha nümayiş etdirir ki, Siz hər bir Azərbaycan vətəndaşının layiqli Prezidentisiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı ətrafınızda bir daha səfərbər edərək, daha sıx birləşdirdi. Biz ahıl sakinlər də bu taleyüklü məsələlərin həlli istiqamətində gördüyünüz işləri daim bəyənir, bundan məmnunluq hissi keçirir, buna görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. İnanırıq ki, ölkəmiz Sizin müdrik rəhbərliyiniz sayəsində tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcək”.