Məcburi köçkündən dövlət rəhbərinə: “Gördüyünüz işlər müsbət nəticələrini verməkdədir” 


Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Şuşa rayonundan məcburi köçkün Cavanşir Əbilov ölkə başçısına məktubunda diqqətə çatdırır:  

 “Möhtərəm cənab Prezident, Sizi salamlayır və xalqımızın rifahı naminə xidmətlərinizə, xüsusən bütün dünyanı bürümüş koronavirus xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərinə görə Sizə minnətdarlığımı bildirirəm. Mənim oğlum məhkumluq həyatı yaşayır. Tez-tez bizimlə telefon əlaqəsi saxlayır. Sizin qabaqlayıcı tədbirləriniz, qayğıkeşliyiniz sayəsində cəzaçəkmə müəssisələri də bu bəla qarşı tam gücü ilə mübarizə aparır. Gördüyünüz işlər müsbət nəticələrini verməkdədir. Oğlumun dediyinə görə, cəzaçəkmə müəssisələrində hər gün dezinfeksiya işləri, antisanitariya tədbirləri yüksək səviyyədə aparılır. Bütün bunların nəticəsidir ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycandakı cəzaçəkmə müəssisələrində bu virus yayılmadı.
Hörmətli cənab Prezident, oğlumun adından və bir ata kimi öz adımdan cəzaçəkmə müəssisələrinə, eyni zamanda, respublikamızın bütün sakinlərinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm. Allah Sizə yar olsun!”