Spiker Şuşanın işğalından danışdı: "Bu, erməni təcavüzünün növbəti mərhələsidir” 

“Bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir”.
"Sherg.az"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür: “Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib”.