“İran Araz çayı üzərində körpü tikərək terrorçulara dəstək verir” – Fazil Mustafa 

İranla Azərbaycan arasında Araz çayı üzərində su bəndləri və körpülərin tikintisi ilə bağlı imzalanan Sazişin hər hansı bir bəndi Azərbaycan maraqlarına zidd deyil.

“Sherg.az” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında İranın Araz çayı üzərində körpü tikməsi məsələsindən danışarkən deyib.

Deputatın sözlərinə görə, bu gün cəmiyyətdə bu sazişi ratifikasiya etdiyinə görə deputatlar ciddi tənqid atəşinə tutulurlar və xəyanətdə ittiham  obyektinə çevriliblər: 

“Lakin sazişi bir daha ciddi surətdə oxudum və orada Azərbaycanın maraqlarına zidd hər hansı maddəyə rast gəlmədim. Saziş tam olaraq Azərbaycanın milli maraqlarına uyğun hazırlanaraq imzalanıb. Hətta sazişdə Azərbaycan torpaqları işğal altında olduğu müddətdə həmin  bəndlərdəki sulardan işğalı rejimin istifadəsi qadağan olunur. Sadəcə olaraq İran öz marağı naminə özbaşına Araz çayı üzərindən körpü tikərək terrorçulara dəstək verir. Ancaq sazişdə Azərbaycanın maraqlarını kölgə altına alan elə bir müddəa yoxdur”.