Mühüm təklif: "Natəvan, Üzeyir Hacıbəyov və Bülbülə Milli Parkda abidə qoyulsun!"

 “Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Milli Parka qoyulsun”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir: 

“Bu gün şəhidlərimizi rəhmət və sayğı ilə anıram. Şuşanın simvolu Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyovun və Bülbülün heykəlləri erməni vandallığınınm qurbanıdır. Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Milli Parka qoyulsun.  Çəhəriməz gələn qonaqlar həmin abidələri ziyarət etməsinə  və Azərbaycan həqiqətləri barədə məlumat verilsin. Bunun effekti ola bilər. İnanıram ki, Nazirlər Kabineti bu təklifə reaksiya verəcək. Bununla bağlı bir çox həmkarlarımızın da təklifləri olub”