“Zirvə görüşü tarixdə mühüm yerini alacaq və qürur mənbəyimiz olacaq”

Tahir Kərimli: “Dünya ölkələri də Azərbaycan liderinin bu təşəbüsünü çox yüksək qiymətləndirdilər” 



“Prezident İlham Əliyevin çağırışı ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı dünyada böyük rezonansa səbəb oldu” 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat vurğulayıb ki, Zirvə görüşündə 40-dan çox dövlət başçısı iştirak və çıxış etdi: 

“BMT-nin baş katibi və qurumun Baş Assambleyasının rəhbəri çox önəmli, diqqətçəkən çıxışlar etdi. Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Avropa İttifaqının nümayəndəsi də nitq söylədi. Bu, önəmli məqam idi, çünki Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının mövqeyi heç zaman üst-üstə düşməyib.

Azərbaycan dünyanın BMT-dən sonra ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına nəinki uğurla sədrlik edir, eyni zamanda təşkilata üzv ölkələri də hərəkətə gətirir. Bütün dövlətlər pandemiya ilə bağlı qapanmışdılar, öz dərdlərinə düşmüşdülər.

Cənab Prezident həmrəylik çağırışı ilə həmin ölkələri aktiv olmağa, birlik nümayiş etdirməyə səslədi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım etməsinə baxmayaraq, yenidən ianə etməyə hazır olduğunu vurğuladı”. 

Parlament üzvünün sözlərinə görə, dünya ölkələri də Azərbaycan liderinin bu təşəbüsünü çox yüksək qiymətləndirdilər: 

“Bu Zirvə görüşü tarixdə mühüm yerini alacaq və xalqımız üçün qürur mənbəyi olacaq. Azərbaycan özü 10 milyonluq kiçik dövlət olsa da, liderimiz İlham Əliyevin gördüyü işlər çox böyükdür. Dövlət başçımız İlham Əliyevin adı dünyanın güclü liderləri sırasında çəkilir. Prezidentin əldə etdiyi uğurlar Azərbaycan dövlətinin imicini çox yüksəklərə qaldırdı. Artıq beynəlxalq təşkilatlar Azərbaycan haqqında daha müsbət fikirdədir”.