"Prezidentin müharibə veteranlarını yad etməsi qayğıkeşliklə yanaşı, həm də liderlik nümunəsidir" - Fazil Mustafa


Dövlət başçısı İlham Əliyevin Rusiyanın nüfuzlu  "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalında müsahibəsi dərc olunub.


Faşizm üzərində qələbənin 75 illik münasibətilə danışan prezident müharibə veteranlarına qayğıdan söz açıb: " Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi yaxınlaşır. Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk".

Prezidentin nitqi ilə bağlı "Sherg.az"a danışan millət vəkili Fazil Mustafa  bunu tarixi dəyərlərə sadiqlik nümunəsi kimi qiymətləndirib: "MDB məkanındakı bütün ölkələr kimi Azərbaycan da bu günü xüsusi qeyd edir. Sevindiricidir ki, biz təkcə həmin müharibə veteranlarını yox, digər döyüşçülərimizi də həmişə ehtiramla xatırlayırıq. Çünki onlar fədakarlıq göstəriblər. Fədakarlıq isə heç vaxt unudulmur. Prezidentin müharibə veteranlarını yad etməsi, onların ailələrini diqqətdə saxlaması qayğıkeşliklə yanaşı, həm də liderlik nümunəsidir".