"Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı

Bu gün ümummilli lider Heydər Əliyevin 97-ci doğum günüdür. Ulu öndərin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla anılıb. Əlbəttə sənət dünyası da Ulu öndəri unutmayıb. Onlar rəsmi  səhifələrində ümumilli lideri yad  ediblər. 


"Sherg.az" xəbər verir ki, tanımış müğənni xalq artisti Röya Ayxan rəsmi Instagram səhifəsində Ulu öndəri "Bizim üçün hər gün yaşayırsınız" sözləri ilə xatırlayıb.

Sevilən müğənni Zamiq Hüseynov isə Heydər Əliyevi bu ifadələrlə  yad edib:

"Ümummilli lider, Ulu Öndər  Heydər Əliyev. Hörmətlə anırıq."

Xalq artisti Faiq Ağayev Ümummilli liderlə bir yerdə şəkillərini paylaşaraq öz hisslərini qələmə alıb:

"Qürurlanıram ki, bir müğənni və vətəndaş kimi Heydər Əliyev epoxasında formalaşmışam. Zamanında Heydər Əliyev ilə ünsiyyətdə olmuş, ilk fəxri adımı - Əməkdar artist titulunu onun imzası ilə almışam. Qüdrət və iradə təcəssümüz təkrarolunmaz xarizma sahibi kimi tanıdıb o, özünü tarixə... Müasir Azərbaycanın memarı, Vətənin böyük oğlu, Xalq millət və dövlətə bütün varlığı ilə bağlı olan ümummilli lider- Dahi Heydər Əliyev".