"Survivor" yarışmaçısı koronavirusa yoluxdu


"Survivor 2020" yarışmaçılarından Makbule Karabudak koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, yarışmanın ilk həftələrində oyundan gedən Karabudak könüllülər komandasında yer alırdı.

Səhhətində problem yaranan Makbulənin koronavirus testi pozitiv çıxıb. "Həm "Survivor" yarışmaçısı, həm də tibb işçisi kimi yaşadıqlarımı bölüşmək istədim. Bəlkə yarışmaya tez vida etdim, amma demək, məni gözləyən müqəddəs peşəm var imiş. Bu gün olduğu kimi sabah da işimin başında olacam. Sizlər də bizim üçün evdə qalın" deyə, o, paylaşımında yazıb.