Paşinyan yenə özünü ifşa etdi: “İdarəçilikdə faşizm ideologiyası dayanır”

“Baş nazirin babası Nikol Paşinyan da Q. Nijdenin əsgəri olub. İndi isə hakimiyyətdə onun nəvəsidir”



Ermənistan baş naziri Nikol Paşinyanın sosial şəbəkələrdə yaydığı foto müzakirələrə səbəb olub. Belə ki, bir çox ölkələrin faşizm üzərində qələbənin 75 illik yubileyini qeyd etdiyi bir vaxtda Paşinyan paylaşdığı sənədlə babasının faşistlərlə əməkdaşlıq etdiyini təsdiqləyib. 

Bu barədə “Sherg.az”a münasibətini bildirən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, bu, Ermənistanın beynəlxalq imicinə növbəti zərbə oldu: 

“Paşinyan özü də bilmədən yerli KİV-də bu fotonu yaymaqla özünü ifşa etdi. Bütün dünya ölkələrinin faşizmi pislədiyi zamanda bu fotonun mediaya çıxması Ermənistan idarəçiliyinin kökündə faşizmin dayandığını üzə çıxardı”. 



E.Nəsirov, həmçinin bildirdi ki, ermənilərin faşistlərlə əməkdaşlıq etdiyini təsdiqləyən başqa faktlar da var: 

“Ermənistan baş nazirinin hərbi cinayətkar Qaragin Nijdenin abidəsi önünə gül qoyması da bir daha ermənilərin hansı ideologiyaya xidmət etdiyini göstərir. Q. Nijde faşistlərin sıralarını ermənilərlə gücləndirirdilər. Baş nazirin babası Nikol Paşinyan da Q. Nijdenin əsgəri olub. İndi isə hakimiyyətdə onun nəvəsidir. Hətta o, faşist ideologiyasına xidmət etmiş babasının adını daşıyır”.