“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində faşizm davam etdirilir”


“İnsanlıq əleyhinə cinayətlərdə iştirak edən erməni cəllad Qaregin Nijdeyə Ermənistanda xüsusi rəğbətin olması Rusiyanın bəzi dairələrində qıcıq yaratdı”.
Bunu “Sherg.az”a Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya təmsilçisi bildirib ki, buna baxmayaraq, Rusiyada erməni faşizminə ümumilikdə göz yumdular: 

“Əvvəla onu deyim ki, 1941-45-ci illər müharibəsini vətən müharibəsi hesab etmirəm. Bu ikinci dünya müharibəsidir. Bu müharibədə kommunist və faşist regimləri qarşı-qarşıya gəliblər. Bütün dünyanın, xüsusən də ABŞ-ın dəstəyi ilə faşizim məğlub olsa da, kommunizm daha 70 il davam etdi. Bu gün isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində faşizm Rusiyadakı bəzi qüvvələrin dəstəyi ilə davam etdirilir”.



Analitik xatırladıb ki, bu yaxınlarda İranın 2016-cı ildə Xudafərin körpüsü ilə bağlı imzalanmış müqavilənin şərtlərini pozaraq işğalçılara yanacaq, silah və ərzaq daşıyan yük maşınlarının görüntüləri yayıldı: 

“Bu çox kobud şəkildə beynəlxalq aktın pozulmasıdır. Bu fakt bizim hansı qüvvələrin basqısına məruz qaldığımızı göstərir. Hesab edirəm ki, postpandemiya dövrü yeni münasibətlər və əlaqələr üçün açıq olacaq. Azərbaycan da xarici siyasətinə yenidən nəzər yetirəcək”.