“Njdenin qəhrəmanlaşdırılması Rusiya siyasi dairələrində pislənilib”

“Faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir” 



“Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübut edir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçi bildirib ki, Ermənistan baş nazirinin babası Nikol Paşinyanın SS-ə xidmət etməsi haqqında faktların aşkarlanması bir daha sübut edir ki, hələ o vaxtlardan ermənilərin əksəriyyəti faşizm rejiminin silahdaşı və tərəfdarı olublar: 

“Bu, eyni zamanda, onu göstərir ki, bu ideologiya Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğatdır ki, biz bu təbliğin motivlərini indi də açıq şəkildə görürük. Ermənistan və Azərbaycanı, sadəcə, bir-iki faktla müqayisə etsək, sadəcə, onu demək kifayətdir ki, Azərbaycanın böyük zəfərdə əvəzsiz payı var. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu rəqəm bütün Azərbaycan xalqının igidliyidir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi məsələsini MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi söküldü. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən də pislənilib”.

Ş.Həsənova vurğulayıb ki, ümumiyyətlə faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir: 

“Nəzərə alaq ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. O zaman bu fakt onu da sübut edir ki, belə ideologiyaya xidmət edən bir xalq faşizm cinayətlərini Azərbaycanlılara qarşı yenidən təkrar edib. İşğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı amansız divan tutub”.