Pərviz İstanbulda 14 gün karantində qalacaq


Hazırda Dominikanda olan aparıcı və TV 8-in rəhbəri Acun Ilıcalı və "Survivor" iştirakçıları mayın 14-də Türkiyəyə qayıdacaqlar.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ilıcalı gələcəyi 110 şəxslə birlikdə koronavirus infeksiyası ilə əlaqədar İstanbulda 14 gün karantində qalacaq.

Türkiyəyə qayıdanlar arasında "Survivor 2020"də yarışan azərbaycanlı kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev də yer alıb. Oyunda az səs toplayaraq yarışmanı aprelin əvvəlində tərk edən idmançı uzun müddətdir Dominikanda qalıb. O, uçuşların müvəqqəti təxirə salınmasına görə Azərbaycana qayıda bilmir.

Pərviz 14 gün İstanbulda karantində qaldıqdan sonra Bakıya qayıdacaq.