Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ: “Qabiliyyət imtahanında...” - RƏSMİ

“Qəbul imtahanında müvafiq keçid balını yığan abituriyentlər qabiliyyət imtahanında iştirak edəcəklər. Onlar üçün heç bir problem olmayacaq” 
Bu sözləri DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının keçirilməsi ilə bağlı “Sherg.az”a danışarkən deyib.
Qurum sözçüsü bildirib ki, ancaq təhsilin magistratura pilləsində oxumaq istəyənlər üçün qabiliyyət imtahanının keçirilməsi ilə bağlı hələ dəqiq nəsə demək çətindir:

“Yəqin ki, on gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”.