“Sosial izolyasiya ilə bağlı problemlər var” - Arxayınlaşmaq olmaz !

“Əl yumaq, maskadan istifadə etmək və karantinin digər göstərişlərinə əməl etmək lazımdır”



“Sosial izolyasiya tədbirləri üçün dövlət əlindən gələni etdi. Ölkə başçısı ilk gündən çalışdı ki, koronavirus Azərbaycanda pandemiyaya çevrilməsin”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, cənab Prezident koronavirusla bağlı istənilən tədbirləri gördü, lazım olan vəsaitlər ayrıldı:

“Virusun qarşısı alındı və birinci mərhələdə böyük qələbə çaldıq. Amma məsələnin 2-ci tərəfi də var. Bu da insanların sosial izolyasiya tədbirlərinə əməl etməsidir. Sosial izolasiya ilə bağlı böyük bir problem var. Bu gün yer kürəsində 4 milyard yarıma qədər insan karantindədir, dünya iqtisadiyyatı “sürü koma” vəziyyətinə düşüb.

İnsanlar başa düşməlidir ki, bütün  bunlar zarafat olsaydı, 4 milyard yarıma qədər insan karantinə alınmazdı. Burada da mental məqamlar var. İnsanlarımız istiqanlıdır, qonaqpərvərdir, qohumcanlıdır, valideynlər uşaqlarını, uşaqlar da validyenləri çox istəyir. Bunları başa düşmək olur, biz soyuq millət deyilik. Amma gərək belə məqamda  müəyyən qədər səbrli, nizam-intizamlı olaq.

Çalışmaq lazımdır ki, səhv buraxmayaq. Vətəndaş olaraq hər birimiz elementar qaydalara riayət etməliyik. Əl yumaq, maskadan istifadə etmək və karantinin digər göstərişlərinə əməl etmək lazımdır.

Burada çətin bir məqam yoxdur. Bir müddət öncə karantin qaydalarında yumuşalma oldu və xəsətlərin sayı 2 dəfə artdı. Deməli, arxayınlaşmaq olmaz. Yoluxma sayındakı rəqəmlər nə qədər tez aşağı düşsə, nizam-intizam olsa, dövlət və cəmiyyət üçün bir o qədər asan olacaq".