“Karantin qaydaları yumşaldıqdan sonra laqeydlik artdı” - Təhlükə davam edir

“Koronavirus pandemiyasından tez yaxa qurtarmaq təkcə dövlətin yox, həm də bilavasitə vətəndaşların əlindədir

“Əfsuslar olsun ki, yoluxanların sayı çoxalıb. Bu, onu deməyə əsas verir ki, insanlar karantin qaydalarından sui-istifadə etməyə başladılar. Belə olmaz. Hər halda, ikinci dalğanın gəlməsi tam realdır. Cəmiyyətin sağlamlığı vətəndaşın əlindədir. Hər birimiz məsuliyyət daşıyırıq. Başa düşməliyik ki, vaksini tapılmadığı müddət ərzində  təhlükə davam edir. Koronavirus pandemiyasından tez yaxa qurtarmaq təkcə dövlətin yox, həm də bilavasitə vətəndaşların əlindədir”.

“Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır”. 

Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.
  Prezidentin bu nitqi bir daha göstərir ki, sosial izolyasiya qaydalarına əməl etmək hələ də vacibdir. 

Milli məclisin deputatı Cavid Osmanov “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan vətəndaşı hökumətin gördüyü tədbirlərə adekvat cavab verməlidir: 

“Dünən dövlət başçısı İlham Əliyev çox geniş nitq söylədi. O, atılan addımlarla yanaşı, həm də vətəndaşların məsuliyyətsiz davranışı haqqında danışdı. Biz görürük ki, beynəlxalq təşkilatlar, o cümlədən ÜST - də Azərbaycanın həssas münasibətini yüksək qiymətləndirir. ÜST rəhbərliyi bir neçə dəfə hökumətimizə təşəkkür məktubu yazıb. Həkimlərimizin, hüquq-mühafizə orqanlarının, jurnalistlərin fədakarlığı göz qabağındadır. Qalır, bircə vətəndaş məsuliyyəti”. 
  
 C. Osmanovun fikrincə, karantin qaydaları yumşaldıqdan sonra laqeydlik artdı: 