“Mesaj dəyişməlidir”-Hüquq müdafiəçisi sosial izolyasiyadan danışdı

"Vəziyyətin ciddiliyini hamının başa düşə biləcəyi tərzdə bildirmək lazımdır" 



“İnsanlar bəzən özlərindən keçə bilərlər, amma heç kim övladlarını unutmaz”.
Bu sözləri vətəndaşların sosial izolyasiya qaydalarına əməl etmələri ilə bağlı “Sherg.az”a açıqlama verən hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Onun fikrincə, çağırış başqa formada verilməlidir: 

“Mesaj dəyişməlidir. Vəziyyətin ciddiliyini hamının başa düşə biləcəyi tərzdə bildirmək lazımdır. Məncə, biz  daha çox elmi-nəzəriyyəyə əsaslanırıq. Çünki indiki halda bəziləri pandemiyanı illuziya kimi qəbul edə bilərlər. Bu səbəbdən də informasiya daha geniş kütləyə çata biləcək üslubda təqdim edilməlidir. Bizə qorxmalı deyilik, amma ehtiyat etməliyik”.