“İcbari tibb sığorta gündəmdədir” 

“Post-pandemiya dövründə paralel şəkildə icbari tibbi sığorta ilə bağlı işlər də aparılmalıdır”

İcbari tibbi sığortanın regionlarda tətbiqi 1 yanvar 2021-ci ilə qədər ertələnib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Onun sözlərinə görə, pandemiya icbari tibb sığortanın tətbiqinə mane olur:
“Bir çox regionlarda xəstəxanalara müraciət 1000-i keçmişdi. Koronavirusla bağlı həm agentlik, həm TƏBİB bütün güclərini koronavirusla mübarizəyə sərf etdi. Sırf şimal rayonlarında İcbari Tibbi Sığortanın tətbiqi davam edir. Mərhələli olaraq icbari tibbi sığortanın regionlara tətbiqi 1 yanvar 2021-ci ilə qədər ertələnib".



Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında pandemiyanın icbari tibbi sığortanın tətbiqinə mane olduğunu təsdiq edib:
“Amma istənilən halda bu məsələ gündəmdədir. Düzdür, koronavirus icbari tibbi sığortanın tətbiqini ləngitdi. Buna baxmayaraq post-pandemiya dövründə paralel şəkildə icbari tibbi sığorta ilə bağlı işlər də aparılmalıdır”.