“Prezidentin səlahiyyətli nümayəndəsi səhhətimlə maraqlanır”

“Səhhətim çox şükür indi normaldı, vəziyyətim düzəlməyə doğru gedir”.
Bu sözləri “Sherg.az”a Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
1 ay əvvəl açıq ürək əməliyyatı keçirən və 5 damarı dəyişdirilən partiya sədri səhhətinin tədricən düzəldiyini söyləyib: 

“Əməliyyat çox yaxşı keçdiyi üçün ondan sonrakı sağalma dönəmi normal oldu. Çox sağ olsunlar, bir daha təşəkkür edirəm. Cənab Prezident həm əməlliyatımızı, həm də ondan sonrakı prosesi nəzarətdə saxladı. Prezidentin səlahiyyətli nümayəndəsi də vaxtaşırı səhhətimlə maraqlanır. Hazırda evdə müalicə alıram və iki-üç həftədən bir həkim müayinəsinə gedirəm. Duruma uyğun yeni iynə-dərman müəyyən edilir. Həkimin dediyinə görə, əlavə müdaxiləyə, müalicə üçün xaricə getməyə ehtiyac yoxdur. Hər şey yaxşıdır”.