Mühüm təklif: “Mühacir Respublikanın nümayəndəlikləri açılmalıdır”

“Qərbi Azərbaycan (İrəvan) mühacir Resbublikasının yaradılması mütərəqqi siyasi-tarixi və zəruri bir hadisədir”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, ermənilər tarix boyu təşkilatlanaraq ərazilərimizi işğal edib, özlərinə dövlət qurublar, soydaşlarımızı Qərbi Azərbaycandan sürgün ediblər: 

“Hazırkı siyasi proseslərin davam etdiyi, yeni siyasi nizamın formalaşması fonunda belə bir Respublikanın elanı gələcək perspektivdə Ermənistan üzərində basqıları artıra bilər. Şərt deyil ki, bu respublikanın ordusu, ərazisi olsun. Mühacir Respublika Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışını özündə ehtiva edir. Ermənistan işğalçı ölkə kimi daima ayaqda durmayacaq. Necə ki, yəhudilər min ildən sonra öz tarixi torpaqlarına qayıtdı. Bizlər də təşkilatlanmadan, Qərbi Azərbaycana qayıtmaqdan vaz keçməliyik. Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndirə biləcəyik. Professor Qafar Çaxmaqlıya və bu işə dəstək verənlərə təşəkkür edirəm. Onların bu dəyərli fəaliyyətiniz xalqımızın bütövləşməsinə xidmət edir. Mühacir Respublikanın Bakıda, Ankarada və Avropada nümayəndəlikləri açılmalıdır.