Sercan Yıldırımın sevgilisi olduğu ortaya çıxıb


 Bir müddət əvvəl "Survivor"da iştirakçı Nisa Bölükbaşına eşq elan edən keçmiş futbolçu Sercan Yıldırımın sevgilisi olduğu ortaya çıxıb.

"Qafqazinfo" xəbər verir ki, o, uzun müddətdir Elif Aydın adlı şəxslə münasibətdədir. Hətta Sercan şounun çəkilişləri üçün Dominikana gedərkən hava limanında Eliflə əl-ələ görüntülənib.

Lakin Sercanın Nisa ilə maraqlanmasından sonra E. Aydın futbolçudan ayrılıb. 1, 5 ildir Yıldırımla bir evi bölüşən Aydın sevgilisinin əşyalarını toplayaraq Bursaya, futbolçunun ailəsinin yanına göndərib.