"Prezidentimiz videokonfransda hazırlıq səviyyəsini göstərdi" - Fazil Mustafa

"Azərbaycan indiki ekstremal şəraitdə belə beynəlxalq layihələrin gerçəkləşməsinə töhfəsini verməyə hazırdır"

Dünən Prezident İlham Əliyev CİSCO şirkətinin rəhbərləri ilə videokonfrans keçirib. Videokonfransda  dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərinin təqdir edib və dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndiriblər. 

 Bu onlayn toplantı barədə "Sherg.az"a danışan millət vəkili Fazil Mustafa onun ölkəmiz üçün əhəmiyyətini yüksək qiymətləndirib:

"Dövlət başçımız bu videokonfransda yönverici çıxış etdi. Prezidentimiz öz nitqində olduqca vacib məqamlara toxundu. Bununla da hazırlıq səviyyəsini göstərdi. Həmçinin, bildirildi ki, Azərbaycan indiki ekstremal şəraitdə belə beynəlxalq layihələrin gerçəkləşməsinə töhfəsini verməyə hazırdır. Dünya dövlətləri də Azərbaycanın bu təşəbbüskarlığını təqdir edir. Bu kimi konfranslar, səslənən fikirlər ölkəmizin beynəlxalq imicini daha da artırır".