BDU nüfuzlu reytinq siyahısında Azərbaycan ali məktəbləri arasında yenə birincidir


 Nüfuzlu Beynəlxaq Reytinq Agentliyi RUR (Round University Ranking) 2020-ci il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını  açıqlayıb.  

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə,  RUR-un müxtəlif ölkələrdən olan 829 universiteti əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib. Siyahıda 702-ci yerdə qərarlaşan Bakı Dövlət Universiteti Azərbaycan ali məktəbləri arasında yenə birincidir. Azərbaycan Memarlıq və İnşaat universiteti 760-cı, Azərbaycan Dövlət İqtisad Universiteti isə 807-ci sırada yer alıb.  
Beynəlxalq RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə səviyyəsi (10%) və maliyyə dayanıqlılığı səviyyəsi (10%) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir. 
Qeyd edək ki, Bakı Dövlət Universiteti göstərilən nüfuzlu reytinq siyahısına 2013-cü ildən, Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildən, Azərbaycan Dövlət İqtisad Universiteti  isə 2020-ci ildən daxil edilir. 
Beynəlxalq RUR Agentliyinin reytinq siyahısı haqqında daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: