Azərbaycan müasir çağırışlara cavab verir: “Texnologiya sahəsində effektiv addımlar... ”

“Yüksək texnologiyaların ölkəmizdə inkişafı Qərblə əməkdaşlığı daha da inkişaf etdirəcək"

"CİSCO şirkətinin rəhbərləri ilə video konfransada Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi ölkəmizin beynəlxalq arenada özünəməxsus yer tutmasının mühüm götəricisdir".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, Azərbaycan Prezidentinin yüksək texnologiyalar sahəsində apardığı siyasət Qərb ölkələrinin və şirkətlərinin diqqətini cəlb edib: 



"Ölkəmizdə bu istiqamətdə yaradılan texnologiya parkları dünyanın aparıcı şirkətlərinin nəzərini Azərbaycana yönləndirib. Həqiqətən bu istiqamətdə Azərbaycan çox uğurlu layihələrə imza atıb. Prezidentin texnologiyanın tətbiqi ilə bağlı bütün təşəbbüsləri reallığa çevrilib. Ona görə də praqmatik istiqamətdə atılan addımlar nüfuzlu şirkətlər tətəfindən yüksək dəyərləndirilir".

Ekspert vurğulayıb ki, Azərbaycanın gördüyü işlər və yeni texnologiyalar sahəsində atdığı effektiv addımlar ölkəmizin müasir çağrışlara cavab verdiyinin göstəricisidir:

"Məhz Prezident İlham Əliyevin verdiyi vədlər və elan etdiyi islahatlar sözdə deyil, praktikada özünü göstərir. Ona görə də ölkə rəhbəri İlham Əliyevin bütün təşəbbüsləri diqqətdə saxlanılır və yüksək qiymət verilir. Bundan əlavə, Qərbə inteqrasiya Azərbaycanın piroritet strateji siyasətdir və bu istiqamətdə fəaliyyətimizi daim genişləndiririk. Əlbəttə ki, yüksək texnologiyaların ölkəmizdə inkişafı Qərblə əməkdaşlığı daha da inkişaf etdirəcək".