“Azərbaycan da dördüncü sənaye inqilabına hazırlaşır”

“Təkrar olunan enerji istehsalı layihələri üzərində aparılan işlər, həmçinin günəş və külək enerjisindən istifadə bunu sübut edir”


Dünən Prezident İlham Əliyev CİSCO şirkətinin rəhbərləri ilə videokonfrans keçirib. Videokonfransda  dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edib və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndiriblər. 

 CISCO şirkətinin icraçı vitse-prezidenti  və baş maliyyə direktoru Kelli Kramer qeyd edib ki, Azərbaycan dövlət başçısının texnologiyaya belə açıq olması və məmnunedici haldır. Prezident İlham Əliyevin təkcə regionda deyil, dünya miqyasında texnologiyaya dəstək verən lider olduğu vurğulanıb.
 
Bununla bağlı “Sherg.az”a fikirlərini bildirən politoloq İlqar Vəlizadə ölkəmizin texnologiyaya bu qədər önəm verdiyinin böyük üstünlük olduğunu deyib:

“Dünyada sürətlə inkişaf edən ölkələr kimi Azərbaycan da IV sənayə inqilabına hazırlaşır. Təkrar olunan enerji istehsalı layihələri üzərində aparılan işlər, həmçinin günəş və külək enerjisindən istifadə bunu sübut edir. Xüsusilə post-pandemiya dövründə texnoloji inkişafdan geri qalmamaq mühüm amildir. İndi dünyada ölkəmizin rəqabətliliyi daha da artacaq”.