Göygöldən Prezidentə məktub var: ”Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu” 

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Göygöl rayonunun sakinləri Fəridə Rəhimova, Cəmilə Zeynalova, Qədir İmanov, Zəri İbrahimova, Cəmilə İmanova, Hüseyn İbrahimov, Barat Paşayev və Şamil Həsənov ölkə başçısına yazırlar:

“Hörmətli cənab Prezident, son zamanlar bütün dünyanı bürümüş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu vəziyyətdən şərəflə və üzüağ çıxacağıq. Siz dövlətimizin bütün maddi imkanlarını məhz bu epidemiyanın aradan qaldırılmasına yönəltdiniz. Epidemiyaya qalib gəlmək üçün genişmiqyaslı və davamlı tədbirlər həyata keçirilir.
Hörmətli cənab Prezident, koronavirusla əlaqədar xalqımızın sağlamlığını qorumaq üçün verdiyiniz uzaqgörən qərarlarınız sayəsində dövlətimiz bu bəladan minimum itki ilə qurtulmaqdadır. Verdiyiniz tapşırıqların və qərarların nəticəsi olaraq virusun ölkəmizdə yayılmasının qarşısı alındı.
Cənab Prezident, bizlərin sağlamlığına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Tanrı Sizi qorusun!”.