“CİSCO” ilə əməkdaşlıq ölkəmizdə İKT-nin inkişafına xidmət edir”

“Bu şirkətin proqramları vasitəsilə müasir dünyanın informasiya texnologiyalarının imkanlarından istifadə etmək mümkün olacaq” 



“Prezident İlham Əliyevin nüfuzlu CİSCO informasia texnologiyaları təşkilatı ilə sıx əməkdaşlığı informasiya, koorporativ şəbəkə və internet sisteminin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Politoloq bildirib ki, CİSCO proqramları vasitəsilə müasir dünyanın informasiya texnologiyalarının bütün imkanlarından istifadə etmək mümkün olacaq

“Dövlət başçısının mövcud çətinliklərə baxmayaraq, daim irəliyə baxması təqdirəlayiqdir. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər təcrid olunduğumuz Qərbə tərəf bütün qapılarını açdı.1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Heydər Əliyev konkret olaraq Qərbə və Avropaya inteqrasiya yolunu seçdi. Qərbə inteqrasiya üçün önümüzdə bir sıra problemlər var.



Ən böyük problem təbii ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsidir. ABŞ pezidentləri və Avropanın aparıcı dövlətləri mövcud gərginlikərə rəğmən, mütəmadi olaraq bəyanat və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Bizimlə əməkdaşlıqda maraqlı olduqlarını dəfələrlə bildiriblər.

O baxımdan şimal və cənubdan gələn təhdid və maneələrə baxmayaraq, Azərbaycan hər il Qərblə daha sıx siyasi və iqtisadi əlaqələr qurmaqda davam edir. Fikrimcə, CİSCO şirkətləri ilə texnologiya sahəsində layihələr bizi Qərbə daha bir addım yaxınlaşdırır”.