“Hərbi təlimlər müharibə oyunları müstəvisindədir” - AÇIQLAMA

“Hər təlim Ermənistana xəbərdarlıq xarakteri daşıyır. Aprel döyüşləri ərəfəsində ordumuz bu kimi təlimlər keçirirdi”

“Nəticədə paraktiki olaraq Ermənistan üzərində bunu həyata keçirdi”




“May ayının 18-dən 22-nə kimi Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlim keçiriləcək. 
Bu barədə “Sherg.az”a Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, 10 min şəxsi heyətin və 400-ə yaxın zirehli texnikanın və artilleriya vasitələrinin dəstəyi ilə keçiriləcək təlimlər, Qarabağ münaqişəsinin həllində danışıqların dalana dirəndiyi vaxta təsadüf edir:


“Hərbi təlimlər, əsasən ərazilərin işğaldan azad edilməsi planına uyğun olaraq keçirilir. Şübhəsiz, hər təlim Ermənistana birbaşa xəbərdarlıq xarakteri daşıyır. Məhz aprel döyüşləri ərəfəsində ordumuz bu kimi təlimlər keçirirdi. Nəticədə paraktiki olaraq Ermənistan üzərində bunu həyata keçirdi. Hazırkı hərbi təlimlər də müharibə oyunları müstəvisindədir və ordunun döyüş qabiliyyətinin nümayişidir. Nəzərə alaq ki, Ermənistan tərəfi faktiki danışıqlardan yayınır. Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı ilə iki dəfə telefon danışığından sonra erməni nazir daha da sərt ritorika sərgiləyir. İşğalçı ölkənin xarici işlər naziri Z.Mnatsakanyan konkret olaraq tarazlaşdırılmış həll variantından danışır. Bu həll varinatına əsasən, Qarabağa “müstəqillik” verilməlidir”. 



Analitik vurğulayıb ki, danışıqlar prosesində heç bir irəlləyiş yoxdur. Hətta erməni tərəfi masada olan həll variantlarını inkar edir: 

“Prezidentin köməkçisi Hikmət Hacıyev də Ermənistanın danışıqları pozduğunu vurğuladı. Ermənistanda daxili siyasi vəziyyətin mürəkkəb olması, Moskvanın regional maraqları İrəvanın danışıqlardan yayınmaq kursu götürməsinə gətirib çıxarır. Ermənistan Araz çayı istiqamətində yeni yol salır, burada əkinçilyi inkişaf etdirir, kəndlər salır. Danışıqlarda Ermənistana təminat vermək lazım deyil. Onlar atəşkəsin qorunmasından istifadə edib, ərazilərimizdə möhkəmlənirlər. ATƏT-in Misnk Qrupuna gəldikdə isə bu format özünü tükədib və formal xarakter daşıyır”.

M.Əsədullazadənin sözlərinə görə, münaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyub, işğalçıya güclü zərbə endirməsindən aslıdır: 

“Atəşkəsdən 26 il keçir və bu müddət ərzində ordumuz xeyli güclənib. Amma Ermənistan hələ Qarabağa nəzarəti tam əlində saxlayıb. Düşmən ölkəyə bu imkanı verməməliyik. Bir məqamı qeyd edim ki, Ermənistan Dilqəm və Şahbazı qaytarmırsa, heç vaxt danışıqlarla ərazimizi qaytarmayacaq”.