“İkiüzlülük, xəyanət erməni siyasətinin mahiyyətidir” - Tarixçi

“Erməni xisləti həmişə özünü büruzə verir”.
Bu sözləri tarixçi-alim Faiq Ələkbərli Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlıq etməsini təsdiqləyən sənədlər barədə “Sherg.az”a danışarkən deyib. Onun fikrincə, bu, ikinci dərəcəli məsələdir: 
“Əsas odur ki, biz ermənilərin müasir siyasətində ikiüzlülüyü, xəyanətkarlığı görürük. Ermənilər marginal siyasət yürüdürlər. Onlar öz mənafeləri üçün hər şeyi edərlər. Bu, erməni siyasətinin mahiyyətidir. Görürsüz, Paşinyan ifşa olunandan sonra analoji ittihamı AXC banisi Məhəmməd Əmin Rəsulzadəyə aid etməyə başladı. Amma indiki faktlar göz önündədir və bu, keçmiş haqda nəticə çıxarmaqdan ötrü kifayətdir”.