“Naxçıvanla əlaqə mütləq qısa zamanda yaradılmalıdır” - Deputat

Naxçıvanla gediş-gəlişin təmin edilməsi məqsədi ilə təcili təyyarə əlaqəsinin yaradılmasını təklif edilib. 

“Sherg.az” xəbər verir ki, belə bir təkliflə millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında  çıxış edib.

Parlament üzvünün sözlərinə görə, iki aydan artıqdır ki, Naxçıvanla əlaqələr kəsildiyindən gediş-gəliş mümkün deyil: 

“Kimisinin yas mərasimi düşsə belə o, öz əzinin yas mərasimində iştirak edə bilmir. Bu ciddi problem yaradıb. Təsəvvür edin, Türkiyədə dövlət xətti ilə xidmətdə olan 5 zabit orada işlərini bitirərək Bakıya dönsə də, Naxçıvana gedə bilmirlər. Onların Bakıda qalmağa yerləri yoxdur. Naxçıvanla əlaqənin kəsilməsi artıq ciddi problemə çevrilib. Təklif edərdim ki, Naxçıvanla təcili təyyarə əlaqəsi yaradılsın. Bunun üçün elanlar verilsin və kimin təcili, təxirəsalınmaz işi varsa getsin. Amma sonrada bu reyslərin sayını azaltmaq olar. Lakin Naxçıvanla əlaqə mütləq qısa zamanda yaradılmalıdır”.