Dünyanın ən yaşlı kompüter oyunçusu: 90 yaşında adını rekordlar kitabına yazdırdı


 Yaponiyada yaşayan 90 yaşlı Hamako Mori, 39 ildir kompüterdə oyun oynayan ən yaşlı kompüter oyunçusu kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, indi Yaponiyada hamı 90 yaşlı Hamako Moridən danışır.

Yaponiyada "Gamer Grandma" (Oyunçu nənəsi) kimi məşhur olan Mori, 2015-ci ildə yaradılan YouTube hesabında 250 min abunəçiyə sahibdir.



Ən çox sevdiyi oyunun 'Grand Theft Auto' seriyası olduğunu ifadə edən Mori, "Mən bu qədər uzun müddət yaşadıqdan sonra oynamağın düzgün seçim olduğunu daha yaxşı başa düşürəm. Həqiqətən həyatımdan zövq alıram. ”

Mori dünyanın ən yaşlı oyunçusu olaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb.





Oyuna başlamağın səbəbindən danışan Mori, “Çox əyləncəli göründü. Uşaqların oyun oynayacağı təqdirdə ədalətli olmayacağını düşündüm" deyə bildirir.

Mori, təkcə gənclərin deyil, yaşlıların da müxtəlif platformalarda oynaya biləcəyini vurğulayır.

90 yaşlı nənə, bəzən səhərə qədər oyaq olduğunu da etiraf edir.

Turan