“Vəzifə təyinatında rüşvətxorluq var” 

“Biz illərdir ki, cəmiyyətimizdə korrupsiyanın olduğunu deyir və buna qarşı çıxış yollarını təklif edirdik. Heç kim “Müsavat” partiyasının səsini eşitmək istəmirdi”.

Bunları hökumətin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə siyasəti çərçivəsində məmurların həbsi ilə bağlı “Sherg.az”a danışan  Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. O, daha ciddi islahatlara ehtiyac olduğunu düşünür: 

“Dediyim kimi, vaxtında söylədiklərimiz ciddiyə alınmadı. Nəticədə korrupsiya daha da genişləndi, ən dərin qatlara qədər yayıldı. İndi bir neçə məmuru həbs etməklə vəziyyət düzəlməyəcək. Çünki vəzifə təyinatında rüşvətxorluq hökm sürür. Gərək, köklü dəyişikliklər olsun. Yalnız bu halda müsbət nəticədən söhbət gedə bilər”.