“Prezident birmənalı olaraq insan amilinə üstünlük verdi”

“Əsas məqsəd xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olub”



Prezident İlham Əliyev mayın 19-da Bakıda 3 saylı DOST mərkəzinin açılışından sonra AzTV-yə geniş müsahibə verib. Prezident müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışıb.
Dövlət başçısı yuxarıda sadalanan aktual məsələlərə toxunaraq bir daha dövlətin gələcək prioritetlərini və dövlət – vətəndaş münasibətlərinə aydınlıq gətirib.  

Millət vəkili Bəhruz Məhərrəmov isə dövlət başçısının siyasi fəaliyyətinin əsas  vacib məqamlarının  xalqa bəlli olduğunu deyib: 

"Sosial siyasət də dövlət başçısı üçün  prioritetdir.  Son illərdə həyata keçirilən islahatlar nəticəsində sosial layihələrin əhatə dairəsini daha da genişləndirildiyini vurğulayan deputat deib ki, 2019-cu ildə müstəqillik dövrünün ən geniş sosial paket təqdim olundu və uğurla icra edilib. Bu sosial paket 4 milyon 200 min insanı əhatə edib.  

Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir.  2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Bu mənada Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə bir ümumiləşdirmə idi.

 Ölkə başçısı öz çıxışında  şəhid  ailələrinin  sosial məsələlərinin həllinin, onların mənzil məişət şəraitinin daha da yaxşılaşdırılması məsələsinin də daim diqqət  mərkəzində olduğunu  xüsusi  qeyd etdi: 

"Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi ən yüksək səviyyədədir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq. Maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. 

Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur". 

Prezidentin də qeyd etdiyi kimi siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Pandemiya yayılanda biz seçim qarşısında qalmışdıq; ölkə iqtisadiyyatı,  yoxsa vətəndaşların sağlamlığı. 

Ölkə başçısı birmənalı olaraq insan amilinə üstünlük verdi.   Əsas məqsəd xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olub. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. 

Qabaqlayıcı tədbirlər pandemiyanın birinci dalğasının qarşısı alındı. Bu səbəbdən koronavirusla bağlı görülən işlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. 

Əgər vətəndaşlarımız məsuliyyətli olsalar, ikinci dalğadan da xilas ola bilərik. İndiki yumşalma prosesində əsas amil vətəndaşların məsuliyyəti olacaq. Vətəndaşlar bu məsuliyyəti dərk etməlidirlər. 

Pandemiya başa çatmayıb, virus qeyb olmayıb. Hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir. Azərbaycan gənclərinin ölkəmizin uğurlu inkişafında fəal rol oynadığını vurğulayan ölkə başçısı deyib ki, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün. 

Millət vəkili isə ölkə başçısının Azərbaycanın artıq kosmik klubun üzvü olduğuna dair çıxışına  diqqət çəkib. Onun fikrincə bu o  deməkdir ki, Azərbaycan post- pandemiya  və informasiya texnologiyaları inqilabının sonrakı mərhələsində digər dövlətlərlə müqayisədə bir addım  öndədir".