Seymur Orucova inam böyükdür: “Prezidentin etimadını doğruldacaq” 

“Ölkə rəhbərinin gənclərə daha çox güvənməsini təmin edəcək” 



“Cənab Prezident 3-cü DOST mərkəzinin açılışında gənclərlə bağlı çox müsbət fikirlər səsləndirdi”. 
Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.
F.Heydər bildirib ki, dövlət başçısı hər zaman gəncləri önə çəkib, onlara daim yüksək etimad göstərib: 

“Bir müddət əvvəl “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Prezident İlham Əliyevin sərəncamı ilə icra hakimiyyətlərinə başçı təyin edildilər. Bugün isə YAP Gənclər Birliyinin sədri Seymur Orucuv Ağstafa rayon icra başçısı təyin olundu. Seymur Orucov həqiqətən aktiv gəncdir və işinin peşəkarıdır. O, bugünədək verilən bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Əminəm ki, Seymur Orucov işinin peşəkarı olaraq cənab Prezidentin etimadını tam doğruldacaq və ölkə rəhbərinin gənclərə daha çox güvənməsini təmin edəcək”. 

Fuad Heydər gənclərin yüksək vəzifələrə təyinatının davamlı olacağına inandığını deyib: 

“İctimaiyyət tərəfindən məmnunluqla qarşılanan bu təyinatlar cənab Prezidentin gənclərə necə önəm verdiyinin, onlara etimad göstərdiyinin bariz nümunəsidir. Biz gənclər aparılan uğurlu siyasətin nümunəsiyik”.