“İdarəetmədə gənc kadrlara ehtiyac böyükdür”

“Vəzifəyə gətirilən gənclər həm müasir tələblərə cavab verir, həm də onlara göstərilən etimadı doğrulda bilirlər”

“Ona görə də hazırda kütləvi gəncləşmənin şahidi oluruq”


“Modernləşən dünya ilə ayaqlaşmaq və dövlət idarəçiliyinin daha effektiv olması üçün mütləq şəkildə gənc kadrların hakimiyyətdə olması, idarəçiliyə gətirilməsi labüddür”.  

Bunu “Sherg.az”a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, uzun müddətdir Azərbaycanda gənc kadrların bir qədər kənarda qalmasını müşahidə edirdik: 



“Son hadisələr göstərdi ki, sadəcə ictimai fəaliyyətdə deyil, artıq idarəetmə sahəsində də gənc kadrlara ehtiyac böyükdür. Vəzifəyə gətirilən gənclər həm müasir tələblərə cavab verir, həm də onlara göstərilən etimadı doğrulda bilirlər. Ona görə də hazırda kütləvi gəncləşmənin şahidi oluruq. İcraedici orqanlarda da, qanunverici qurumda da artıq gənc nəslin nümayəndələri kifayət qədər çoxdur. Getdikcə də, bütün sahələrdə yaşı ötmüş kadrlar gənclərlə əvəz olunmaqdadır”.