“Prezident şəhid ailələri və qaziləri həmişə diqqətdə saxlayır”

“Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır”

“Xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin sosial-rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması ön yerdədir”




Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb.
Eyni zamanda  şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlər həyata keçirilir.

 3saylı DOST mərkəzinin açılışı zamanı dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışan ölkə rəhbəri məhz bu məsələnin  də daim diqqət mərkəzində olduğunu deyib:

"Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir. Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur". 

Millət vəkili Elman Məmmədov Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsinin  yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, ulu öndərin hakimiyyətə gəldiyi gündən şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, müharibə veteranlarına, qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətində sosial sahə prioritet olaraq qalmaqdadır:

"Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab prezidentimiz də fəaliyyətinin ilk dönəmlərindən  sözügedən təbəqədən olan insanları həmişə diqqətdə saxlayır.  Sübut olunur ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsaslarından biri xalqımızın sosial vəziyyətinin, rifah halının yaxşılaşdırılmasına yönəlib. Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır. Burada əhalinin həssas kateqoriyaların, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin sosial-rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması ön yerdədir.

Görülmüş işlərin statistikası da ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bir daha isbatlayır. Dövlət başçısı və birinci xanım şəxsən şəhid ailələri ilə görüşür, onların problemləri, qayğıları ilə maraqlanırlar. Daim  problemlərini diqqət mərkəzində saxlayıb onların həll üçün zəruri addımlar atırlar. 

Qaçqınların və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi, mənzil problemlərinin həlli, habelə məşğulluq məsələləri islə bağlı bir sıra qərar və sərəncam imzalayıb. Bu kateqoriyadan olan insanlar mənzil və  avtomobillərlə təmin edilib". 

Millət vəkilinin sözlərinə görə, AzTv-yə müsahibəsində ölkə başçısının yenidən bu məsələyə toxunması və  il ərzində  1500 şəhid ailəsinə evlər, mənzillər veriləcəyini  qeyd etməsi onlara qarşı diqqət və qayğının bundan sonra da davam edəcəyinin  göstəricisidir.