"Liverpul" UEFA-nın çox ötürmə verən hücumçusu ilə maraqlanır


"Liverpul" "Vulverhempton"un ispaniyalı hücumçusu Adama Traorenin transferində maraqlıdır.

Bu barədə "Report" "The Sun"a istinadən xəbər verir.

Məlumata görə, Traorenin keçidinə "Liverpul"un baş məşqçisi Yurgen Klopp maraq göstərir. Oyunçunun transfer məbləği 67 milyon avro qiymətləndirilir, ancaq "Vulverhempton" ispana görə daha çox pul almaq niyyətindədir.

Hücumçuya həmçinin "Mançester Yunayted" və "Mançester Siti" komandaları da iddialıdır.

Qeyd edək ki, daha əvvəl UEFA "böyük beşlik" ölkələrinin çempionatlarında, həmçinin öz bayrağı altında keçirilən yarışlarda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısını açıqlayıb. Adama Traore siyahıda 8-ci sırada yer alıb.