ABŞ səfirliyi azərbaycanlıları təbrik etdi


ABŞ-ın Azərbaycandakı səfirliyi bütün azərbaycanlıları və dünya müsəlmanlarını müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, səfirlik bu barədə Feysbuk səhifəsində yazıb.

“ABŞ-ın Azərbaycandakı səfirliyi bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edənlərləri müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Müsəlman amerikalılar ABŞ dövləti təsis olunan ildən etibarən Amerika ailəsinin bir hissəsi olmuşdur. Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz, həmçinin, bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan bayramınız mübarək!” - təbrikdə bildirilib.