“Nu poqodi” cizgi filmi müasir üslubda hazırlanır


Cizgi filmləri arasında "Soyuzmultfilm" kinostudiyasının qızıl kolleksiyasının lideri "Nu poqodi" serialı olub.

Axşam.az bildirir ki, kolleksiyada eyni zamanda Leonid Şvartsmanın "Meymunlar", Fyodor Hitrukun "Vinni-Pux", Leonid Nosyrevin "Antoşka" kimi məşhur cizgi filmləri də yer alıb.

"Soyuzmultfilm" kinostudiyasının İdarə Heyyətinin sədri Yuliana Slatçev bir müddət əvvəl "Nu poqodi"nin 52 bölümdən ibarət olan yeni cizgi filmi silsiləsini yaratmağa hazırlaşdıqlarını bildirmişdi. Sözügedən ekran işində canavar və dovşanın vizual obrazları dəyişdiriləcək və bu, müasir nəsil üçün aktual olacaq.