Adi kələm qaraciyəri sağlam saxlayır


ABŞ alimləri sübut edir ki, adi kələmin tərkibində olan birləşmələr qaraciyərin piylənməsini müalicə edir.  Saglamolun.az bildirir ki, Hepatology jurnalında bu haqda məqalə dərc olunub.

Qaraciyərin piylənməsi uzun illər ərzində simptomsuz inkişaf edən çox yayılmış və təhlükəli pozulmadır. Pozulmanın səbəbi doymuş yağlarla zəngin olan qeyri-sağlam qidalanmadır. Qaraciyərdə yığılan piy bu orqanın fəaliyyətini pozur, qaraciyər sirrozu və xərçənginin inkişafına təkan verir.

Alimlərin müşahidələrinə görə, adi kələmin tərkibində olan indol maddəsi qaraciyərdə piyin miqdarını azaldır və həmçinin iltihabla mübarizə aparır. Kələmin bütün növləri (brussel kələmi, gül kələmi, ağ, qırmızı kələm) indolla zəngindir.

Kələmin faydaları bununla bitmir. Bu ucuz və əlçatan tərəvəz həmçinin bağırsaq və süd vəzi xərçənginin də riskini azaldır.  

Qida mütəxəssisləri kələmi hər gün salatlara əlavə etməyi tövsiyə edirlər.