Sabiq dekan müavini məhkəmə qarşısında

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin sabiq dekan müavini Yusifov Anar İdris oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclasının davamı isə iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, Gəncə Dövlət Universitetin pedaqoji fakültəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov APA -ya bildirib ki, A. Yusifov barəsində cinayət işi başlanandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.