Azərbaycanda koronavirusla bağlı bu günə olan RƏSMİ STATİSTİKA


Bu gün Azərbaycanda koronavirusla bağlı 2 672 test edilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. 
Bununla da, ölkədə ümumilikdə 273 411 koronavirus testi aparılıb.
Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 51 nəfər vəfat edib. 1 479 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.