Acun dünya rekordunu təzələdi

Türkiyənin məşhur aparıcısı, TV8 kanalının sahibi Acun İlıcalı yeni rekorda imza atıb. 

 Türkiyə mətbuatı xəbər verir ki, onun "Instagram"da açdığı canlı yayımı 2 dəqiqə ərzində 3 milyon insan izləyib. "Survivor 2020" “Könüllülər” komandası ilə canlı yayıma çıxan teleaparıcı öz rekordunu təzələyib. 

Qeyd edək ki, Acun İlıcalı rekorddan sonra “Survivor” adasında bir ziyafət təşkil edəcəyini açıqlayıb.