"Elə partiya liderləri var ki, onlar hələ də düyməli mobil telefonlardan istifadə edirlər" - Vəkil

"İndiki məqamda ancaq müasir texnoloji yenilikləri izləyən, öyrənən tətbiq edən şəxslər əsl liderlər ola bilərlər"

"Müasir dövr innovasiyalar, yeni texnologiyalar dövrüdür".

Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib. 

Vəkil bildirib ki, indiki məqamda ancaq müasir texnoloji yenilikləri izləyən, öyrənən tətbiq edən şəxslər əsl liderlər ola bilərlər:

"Bu baxımdan xalqımızın bəxti gətirib. Həqiqətən, Prezident İlham Əliyev müasir texnoloji yeniliklərə hər zaman açıq olan liderdir. Azərbaycanda elə partiya liderləri var ki, onlar hələ də düyməli mobil telefonlardan istifadə edirlər. Adi elektron poçtdan belə istifadə etməyi bacarmırlar. Amma bununla belə, onlar siyasi hakimiyyətə iddialıdır. Belə insanlara nəinki siyasi hakimiyyəti, ən aşağı vəzifəni belə etibar etmək olmaz. 
Pandemiya dövrü göstərdi ki, müsair texnoloji yeniliklər olmadan idarəetmə mümkün olmazdı. Məhz bunun sayəsində Azərbaycan demək olar ki, heç bir işini təxirə salmadı. Artıq dövlətimiz "Ağıllı şəhər", "Ağıllı dövlət" layihələri üzərində işləyir. Bu layihələr həm də gənclərə bir mesajdır. Gələcək savadlı gənclərindir".