Salyanda kanalda qadın meyiti tapılıb


Salyanda kanalda naməlum qadın meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib. Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi ekspertiza və Pataloji anatomoya mərkəzinə yerləşdirilib.

Onun kimliyi və hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydılnlaşıdırılır.

Faktla bağlı Salyan rayon prokuroluğunda araşdırma aparılır.