Masallıda abonent "Azərişıq"ın əməkdaşını güllələyib


Masallıda güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallı şəhər sakini, "Azərişıq" MMC-nin əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən ov tüfəngi ilə güllələnib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tərəflər arasında mübahisə işıq pulunu ödəmək üstündə yaranıb.

Hadisəni törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.