Mingəçevirdə məcburi köçkün intihar edib


Mingəçevirdə intihar hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə avtovağzalın yaxınlığında köhnə tikilidə baş verib.

Yeni köçkün şəhərciyində yaşayan, Ağdam rayonundan olan məcburi köçkün Vüqar Nəbiyev meyiti asılmış vəziyyətdə aşkar edilib.

Onun ölümünün səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.