Kardi B bədəninin yarısına döymə etdirdi 

Amerikalı repçi Kardi B karantin günlərində çoxdan arzuladığı döyməni bədəninə vurdurub.
Axşam.az xəbər verir ki, ifaçı kəpənək, flora və faunanın yer aldığı ekzotik rəsmi sağ çiynindən sol buduna qədər bir neçə ay ərzində etdirib.

Yeni döyməsini sosial şəbəkədə paylaşan Kardi B izləyiciləri tərəfindən müsbət rəylər alıb.