Tarixi şəxsiyyətlərin maraqlı ölümləri - Arximed


Tarixin yaddaqalan adları həmişə olub. Bəziləri normal bir şəkildə tarixin səhnəsindən çəkiliblər, bəziləri isə müəmmalı şəkildə həyatlarını itiriblər. Bu dəfə ki, araşdırmamız sizin də  marağınıza səbəb olacaq. Tarixi şəxsiyyətlərin heç də hamısı öz əcəlləri ilə ölməyiblər. 
Gəlin birlikdə nəzər salaq ...

"Evreka" deyən kimi hamı onu xatırlayacaq - Arximed. Məşhur qanunu kəşf edən dahi. Demə onun ölümü “iş” səbəbiylə baş verib. Romalılar yaşadıqları şəhəri işğal etdiblər. Arximed isə öz işinə dalmış şəkildə çalışırdı. Bir Roma əsgəri ona qalxmağı əmr edir, ancaq o əsgəri eşitmir və işini davam etdirir. Bu zaman əsgər ona hücum edərək işlərini alt-üst edir. Arximed reaksiya verərək "işimi dağıtma” deyərək sərt təpki göstərir.  Bu zaman o əsgər tərəfindən dəfələrlə qılıncdan keçirilir və öldürülür. İşin ironik tərəfi odur ki, işğaldan əvvəl  komandir Marcellus əsgərlərinə tapşırıb ki, Arximedi tapanda ona qarşı yaxşı davransınlar.

Turan